PREZİDENT İLHAM ƏLİYEV ADA UNİVERSİTETİNDƏ KEÇİRİLƏN KONFRANSDA ÇIXIŞ EDİR

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda iştirak edir.

Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açıb.

Dövlətimizin başçısı konfransda çıxış edib.

Tədbir müzakirələr, şərhlər və sual-cavabla davam edir.

Qeyd edək ki, konfrans Prezident İlham Əliyevin “facebook” səhifəsində (https://www.facebook.com/PresidentIlhamAliyev) və “youtube” kanalında (https://www.youtube.com/presidentaz) canlı yayımlanır.