
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.
Sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.
İlk olaraq “Şamaxı” klubu “Səbail”i qəbul edəcək. “Şamaxı” 13 xalla turnir cədvəlində 8-ci, “Səbail” isə 10 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.
Turun son matçında “Neftçi” klubu “Sabah”ın qonağı olacaq. Meydan sahibi komanda 43 xalla 2-ci, “Neftçi” isə 38 xalla 3-cü sırada yer alıblar.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” doğma meydanda “Qəbələ” ilə 2:2 hesablı heç-heçə edib, “Qarabağ” səfərdə “Turan Tovuz”a 3:2, “Zirə” isə evdə “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlib.