BP-NİN REGİONAL PREZİDENTİ QƏRİ COUNZ PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK ÜNVANLAYIB

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

BP şirkəti Azərbaycanın uzunmüddətli strateji tərəfdaşı kimi müasir ölkənizin müxtəlif sahələrdə tərəqqisinin şahidi olmaqdan, eləcə də neft və qaz sənayesinin inkişafına töhfə verməkdən qürur duyur.

Biz bu səmərəli tərəfdaşlığın uzun illər davam edəcəyinə və Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə xidmət göstərəcəyinə inanırıq.

Zati-aliləri, Sizi bu əlamətdar bayram münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram”.