BÖYÜK BRİTANİYADA ÖLKƏ TARİXİNİN ƏN BÖYÜK SİKKƏSİ BURAXILIB (FOTO)

Böyük Britaniyanın Kral sikkəxanası ölkə tarixində ən böyük qızıl sikkə buraxıb.

Nominal dəyəri 10 min funt sterlinq olan sikkənin diametri 20 santimetr, çəkisi 10 kiloqram təşkil edir.

Qeyd olunur ki, həmin pulun hazırlanmasına 400 saat vaxt sərf olunub.

Sikkənin üzərində Böyük Britaniya kraliçası II Yelizaveta, 10 real və mifik heyvan əks olunub.

Qızıl sikkənin hərraca çıxarılması planlaşdırılır.