BÖYÜK BRİTANİYA SƏFİRİ BAKIDAKI PARTLAYIŞLA BAĞLI BAŞSAĞLIĞI VERİB

Britaniya səfiri Bakıda gecə klubunda baş vermiş partlayışla bağlı başsağlığı verib.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter”də bildirib.

“Aprelin 3-də Bakıda baş vermiş qaz partlayışı ilə əlaqədar insan itkisinə görə dərin hüznlə başsağlığı verir və zərərçəkənlərin hamısına şəfa diləyirəm”, – diplomat qeyd edib.