BAYRAM GÜNLƏRİNDƏ ÖLKƏ ƏRAZİSİNDƏ İCTİMAİ NƏQLİYYATIN HƏRƏKƏTİ DAYANDIRILACAQ

Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair qərar qəbul edib.

Qərara əsasən, martın 20-si saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.