BAKI MİLLİ GİMNASTİKA ARENASINDA AEROBİKA GİMNASTİKASI ÜZRƏ 16-CI DÜNYA ÇEMPİONATININ FİNAL YARIŞLARINA START VERİLİB (FOTO)

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının final yarışlarına start verilib.

Yarış başlamazdan əvvəl finalçıların təqdimatı olunub. Final yarışları aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının səfiri, məşhur idmançı, çoxsaylı Avropa və dünya çempionu, məşqçi Vladislav Oskner (Rusiya) açdı.

Dünya çempionatının ikinci günündə final qadınlar üçün fərdi proqramda, üçlüklər arasında və aostep proqramında keçirilir.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil etməyi planlaşdırdığı irimiqyaslı yarışlardan biridir.