BAKI METROPOLİTENİNDƏ SİLSİLƏ KONSERT PROQRAMI TƏŞKİL EDİLİB

18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Bakı metropoliteni ənənəyə sadiq qalaraq, sərnişinlərinə xoş ovqat bəxş edəcək konsert proqramı təşkil edib. Rəngarəng musiqi çələngi səhər saat 10:30-da “İçərişəhər” stansiyasında başlanıb.

Hər biri bir saat yarım davam edən proqrama milli muğam üçlüyü və simli kvartetin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, folklor nümunələri daxil edilib. Daha sonra konsert “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında davam etdirilib.