BAĞÇA MÜDİRLƏRİNİN İŞƏ QƏBULUNUN NƏTİCƏLƏRİ AÇIQLANIB

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılır.