
D230 strukturu üzrə seysmik məlumatların təfsiri bitmək üzrədir.
Bu barədə bp şirkətinin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Bundan sonra gələcəkdə kəşfiyyat quyusunun qazılması və qazma yeri barədə qərar qəbul ediləcək. Qazma fəaliyyəti kifayət qədər geniş əhatəlidir, lakin sərhədsiz deyil, çünki bu, ciddi investisiyalar tələb edir. Biz bu gün istər D230 blokunda, istərsə də “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarında kompleks şəkildə, prioritet və investisiyaların effektivliyi nöqteyi-nəzərindən baxırıq”, – o deyib.