AZTV VƏ AZƏRTAC-IN ƏMƏKDAŞLARI MİNAYA DÜŞƏRƏK HƏLAK OLUB

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Bu barədə AzTV-dən bildirilib.

““Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!” – deyə məlumatda qeyd olunub.