AZƏRBAYCANLI DEPUTAT AŞPA-NIN GENDER BƏRABƏRLİYİ ÜZRƏ ALT KOMİTƏSİNİN SƏDR MÜAVİNİ SEÇİLİB

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gender bərabərliyi üzrə Alt Komitəsinin iclası keçirilib.

Milli Məclisin deputatı Könül Nurullayeva bu komitənin sədr müavini seçilib.

Komitə nifrət nitqi, irqçilik və dözümsüzlük məsələləri ilə mübarizə məqsədilə yaradılıb. Alt komitənin gündəliyinə “Cinsi və reproduktiv sağlamlıq və hüquqlara dair innovativ yanaşmalar”, “Münaqişə ilə bağlı cinsi zorakılıq”, “Qadınlara və qızlara qarşı gender əsaslı zorakılığın dayandırılmasında kişi və oğlanların rolu”, “Evlilik əsarətinin həlli yollarının tapılması” və “İqtisadiyyatda qadınlar: məşğulluq, sahibkarlıq və gender büdcəsi” kimi məsələlər daxildir.