AZƏRBAYCANIN KONKİSÜRƏNİ AVROPA GƏNCLƏRİ QIŞ OLİMPİYA FESTİVALINDA ÇIXIŞ EDİB

Yanvarın 25-də Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən gənc idmançımız Səbinə Əliyeva 2023-cü il Avropa Gəncləri Qış Olimpiya Festivalında qısa proqram üzrə öz çıxışını edib.
Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, atletimiz 30 iştirakçı ölkə arasında 45,27 xal toplayaraq 10-cu yeri tutub.
Qeyd edək ki, Səbinə Əliyevanın növbəti çıxışı yanvarın 27-də olacaq. İdmançımız sərbəst proqram üzrə çıxış edərək yüksək nəticə uğrunda mübarizə aparacaq.