AZƏRBAYCANIN DAHA BİR AĞIRLIQQALDIRANI DÜNYA KUBOKUNDA QÜVVƏSİNİ SINAYIB

Azərbaycanın daha bir ağırlıqqaldıranı İsa Rüstəmov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda qüvvəsini sınayıb.

73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı D qrupunda mübarizə aparıb.

Atlet toplam 320 kiloqram (145+175) nəticə göstərib. Onun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə Azərbaycan 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kiloqram) 5-ci yeri tutub.

Yarışa aprelin 11-də yekun vurulacaq.