![](https://mtm.az/wp-content/uploads/2021/03/1616056612504357960_1000x669.jpg)
Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.
Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
Qeyd edək ki, ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “CoronaVac” vaksini yeni ştamlara qarşı da effektivdir.