AZƏRBAYCAN YAŞIL ENERJİ PLATFORMASININ YARADILMASI ÜZRƏ ANLAŞMA MEMORANDUMUNA QOŞULUB

Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan Bolqarıstan və Aİ ilə birlikdə Yaşıl Enerji platformasının yaradılması üzrə Anlaşma Memorandumu imzalayıblar.

Bu barədə Energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında yazıb.

“Budapeştdə 4 ölkənin, Bolqarıstan və Aİ-nin iştirakı ilə Yaşıl Enerji Dəhlizi üzrə səmərəli görüş keçirdik. Biz tenderdən dərhal sonra texniki-iqtisadi əsaslandırmaya başlamaq və müştərək müəssisə yaratmaq üçün dekabrda Bakıda nəqliyyat sistemi operatorlarının görüşünü keçirməyə razılaşdıq”, – nazir yazıb.