
Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşım edib.
Bu barədə nazirliyin “Twitter” səhifəsində qeyd edilib.
“Bu gün biz bəşər tarixinin ən üsyankar vəhşiliklərindən birinin – Holokost qurbanlarını yad edir və yas tuturuq. Biz dini və etnik nifrət, soyqırımı və insanlığa qarşı cinayətlərə qarşı həmrəyik” – deyə paylaşımda bildirilib.