AZƏRBAYCAN VƏ RUSİYA XİN ARASINDA 2021-2022-Cİ İLLƏR ÜÇÜN MƏSLƏHƏTLƏŞMƏLƏR PLANI İMZALANIB

Azərbaycan və Rusiya Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında deyib.

Nazir bildirib ki, ölkələr arasında münasibətlər strateji xarakter daşıyır:

“Hazırda ölkələr arasında müxtəlif sahələr üzrə 230-dan çox saziş imzalanıb. Bu proses müxtəlif strukturlar, nazirliklər və digər qurumlar arasında inkişaf etməkdədir”.

Nazir mövcud sazişlər arasında dostluq və strateteji tərəfdaşlıq, dövlət sərhədi barədə sənədləri qeyd edib.