AZƏRBAYCAN ORDUSUNUN ŞUŞA İSTİQAMƏTİNDƏ YERLƏŞƏN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Sentyabrın 17-si saat 15:10 radələrində erməni qeyri-qanuni silahlı dəstələrin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri bir neçə dəfə atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.