AZƏRBAYCAN MİLLİSİ FIFA REYTİNQİNDƏ BİR PİLLƏ İRƏLİLƏYİB

Futbol üzrə Azərbaycan milli komandası FIFA reytinqində bir pillə irəliləyib.

Təşkilatın bu gün açıqladığı reytinq siyahısında Azərbaycan 1 127 xalla 128-ci yerdə qərarlaşıb.

Reytinqə əvvəlki kimi Braziliya başçılıq edir. Belçika millisi ikinci, bir pillə yüksəlmiş Argetina üçüncü yerdə qərarlaşıb.

Fransa, İngiltərə, İspaniya, İtaliya, Niderland, Portuqaliya və Danimarka ilk onluqda yer alıb.