AVSTRİYA – AZƏRBAYCAN MATÇI “RAİFFEİSEN ARENA”DA OYNANILACAQ

Futbol üzrə Azərbaycan milli komandasının “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi daha bir oyunun stadionu müəyyənləşib.

AFFA xəbər verir ki, martın 24-də keçiriləcək Avstriya – Azərbaycan qarşılaşması Linz şəhərindəki “Raiffeisen Arena”da təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.