AVROPA ŞURASININ BAŞ QƏRARGAHI AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİ İLƏ İŞIQLANDIRILIB

Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasının baş qərargahı 28 may-Respublika Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Strasburqda yaşayan Azərbaycan icmasının üzvləri mərasimi canlı izləmək məqsədilə baş qərargahın qarşısında toplaşıb və böyük həvəslə izləyiblər.

Qeyd edək ki, azərbaycanlılarla yanaşı, mərasimə Fransadan olan gənclər də qatılıb.