AVRO-2020-NİN MÜKAFAT FONDU

AVRO-2020-nin ümumi mükafat fondu 284,55 milyon funt sterlinq təşkil edir.

2018-ci ilin fevralında bu rəqəmin 319 milyon olacağı açıqlansa da, koronavirus pandemiyası səbəbindən UEFA və iştirakçılar ölkələr mükafatın azaldılmasını razılaşdırıb.

Yeni mükafat fonduna əsasən, Avropa çempionu maksimum 24,29 milyon qazanacaq. Qrupda bütün matçlarda uduzan komanda isə 8 milyonla kifayətlənəcək. Çempionatdakı nəticələrə əsasən komandaların qazanacağı mükafatlar aşağıdakı kimi müəyyənləşdirilib:

24 komandanın hər biri iştirak üçün – 8 milyon;
Qrupda hər oyunda qələbə – 860 min;
Qrupda hər heç-heçə – 430 min;
1/8 finalda iştirak – 1,29 milyon;
1/4 finalda iştirak – 2,15 milyon;
1/2 finalda iştirak – 3,44 milyon;
Finalda məğlubiyyət – 4,03 milyon;
Finalda qələbə – 6,88 milyon.

Qeyd edək ki, AVRO-2020-nin oyunları 11 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.