APRELİN 10-DAN 12-DƏK “ASAN XİDMƏT” VƏ “ASAN KOMMUNAL” MƏRKƏZLƏRİNDƏ QEYRİ-İŞ GÜNÜDÜR

Ramazan bayramı ilə əlaqədar aprelin 10-dan 12-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, aprelin 13-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.