ANTİTERROR TƏDBİRLƏRİ BARƏDƏ RUSİYA SÜLHMƏRAMLI KONTİNGENTİNİN KOMANDANLIĞI VƏ TÜRKİYƏ-RUSİYA BİRGƏ MONİTORİNQ MƏRKƏZİ MƏLUMATLANDIRILIB

Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Bunu brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov media nümayəndələrinə vəziyyət barədə məlumat verib.

“Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb”, – Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb.