Azad edilmiş ərazilərdə müharibədən sonra 300-dən çox insan minaların qurbanı olub. Piyada əleyhinə minaların çoxu 2021-ci ildə Ermənistanda istehsal olunub və ərazilərimizə gətirilib.
Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün təşkil olunan brifinqdə deyib.
O bildirib ki, antiterror tədbirləri nəticəsində azad edilən ərazilərdə döyüş maşınları və silahlar insanlar məskunlaşan ərazilərdə aşkarlanıb. Bununla bağlı fotoşəkillər təqdim olunub. Tapılmış bəzi silahlar və raketlər 2021-ci il istehsalıdır. Onların bəziləri 2020-ci ilin sonunda imzalanmış müqavilələr əsasında xarici ölkələrdən alınmış silahlardır.