44 GÜNLÜK MÜHARİBƏ ZAMANI ERMƏNİSTANIN TÖRƏTDİYİ HƏRBİ CİNAYƏTLƏRİ ARAŞDIRAN KOMİSSİYANIN İŞİ BAŞA ÇATIB – MUSTAFA ŞENTOP

44 günlük müharibə zamanı Ermənistanın törətdiyi hərbi cinayətləri araşdıran komissiyanın işi başa çatıb.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

O bildirib ki, komissiyanın fəaliyyəti 5 aya yaxın müddətdə davam edib: “Azərbaycanın torpaqları olan Qarabağda Ermənistanın başladığı və 2020-ci ilin noyabrında Azərbaycanın zəfərlə bitirdiyi müharibə zamanı Ermənistanın törətdiyi cinayətlərin hər biri qeydə alınıb və araşdırılıb”.

Şentop əlavə edib ki, bu hesabat dünya ictimaiyyətinin diqqətini cəlb edəcək.