13 FEVRAL BEYNƏLXALQ RADİO GÜNÜDÜR

13 fevral Beynəlxalq Radio Günü UNESCO-nun 2011-ci ilin noyabr ayında keçirilən baş konfransı zamanı qəbul edilən qərar əsasında təsis edilib. Qeyd edək ki, BMT radiosu ilk dəfə 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında efirə çıxıb.
Radio bir əsrdən artıq insanların məişətinə daxil olmaqla bərabər, onların həyat tərzində mühüm rol oynayan kütləvi informasiya vasitələri arasında çox geniş yayılmış və Yer kürəsi əhalisinin 95 faizini əhatə etməkdədir. Eyni zamanda, radio bir rabitə sistemi kimi fövqəladə hallarda geniş və əvəzsiz imkanlara malikdir.