VƏTƏNDAŞLARIN 2023-CÜ İLDƏN GÖZLƏNTİLƏRİ – SORĞU

MTM (Media Təhlil Mərkəzi) vətəndaşların 2023-cü illə bağlı gözləntilərini müəyyənləşdirmək məqsədilə sorğu keçirib. Sorğuda iştirak edən 1212 respondentin 49%-ni qadınlar, 51%-ni kişilər təşkil edib.

Bir neçə variant seçmək imkanına malik olan respondentlər növbəti il üçün planlarını açıqlayıblar. Cavab verənlərin 24,8%-i işini, 17,2%-i mənzilini dəyişmək niyyətində olduqlarını qeyd ediblər. “Təhsilimi davam etdirəcəyəm” variantını seçənlər iştirakçıların 26,9%-ni, gəlirlərini artırmaq istəyənlər isə respondentlərin 59,7%-ni təşkil edib. Suala cavab verənlərin 33,3%-i “Digər” variantını seçiblər.

Sorğu nəticəsində məlum olub ki, 2022-ci il respondentlərin 56,4%-i üçün uğurlu, 43,6%-i isə uğursuz olub.