MTM (Media Təhlil Mərkəzi) iş seçimi və işsizlik problemi ilə bağlı vətəndaşların fikirlərini öyrənib. Sorğuda iştirak edən 1462 respondentin 41%-ni qadınlar, 59%-ni kişilər təşkil edib.
İştirakçılardan iş seçimində hansı meyara üstünlük verdikləri soruşulub. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin 62,3%-i üçün məvacibin məbləği daha önəmlidir. Cavab verənlərin 47,7%-i karyera imkanlarının genişliyinə, 41,2%-i iş qrafikinə, 38,9%-i əmək münasibətlərinin rəsmiləşdirilməsinə daha çox diqqət yetirdiyini bildirib. İştirakçıların 35,8%-i “İxtisasıma uyğun olmasına” variantını seçib.