
MTM (Media Təhlil Mərkəzi) vətəndaşlar arasında sorğu keçirərək onların bölgələrə səyahətlə bağlı fikirlərini öyrənib.
Sorğuda iştirak edən 1426 nəfərin 62%-ni qadınlar, 38%-ni kişilər təşkil edib.
Sorğu zamanı respondentlərin istirahət etmək üçün daha çox maraq göstərdikləri bölgəni müəyyən etmək mümkün olub. Bir neçə variant seçmək imkanına malik olan iştirakçıların 53%-i istirahət etmək üçün ən maraqlı yer kimi Qarabağ bölgəsini seçib. Respondentlərin 48%-i Quba-Xaçmaz, 47%-i Şəki-Zaqatala, 40%-i Lənkəran, 20%-i isə Gəncə bölgəsinə üstünlük verib.