
Noyabrın 15-də Bakıda və bir sıra bölgələrdə istilik mövsümünün başlanmasını nəzərə alaraq MTM (Media Təhlil Mərkəzi) vətəndaşlar arasında sorğu keçirib. Sorğuda iştirak edən 1420 respondentin 49%-ni qadınlar, 51%-ni kişilər təşkil edib.
Respondentlərin 29,8%-i qeyd edib ki, yaşadığı ev ümumi istilik sistemi ilə təchiz olunub. Sorğu iştirakçılarının 48,4%-i mənzilini isitmək üçün kombi sistemindən, 2,9%-i kondisionerdən, 7,3%-i elektrik sobasından, 5,3%-i odun sobasından istifadə edir. Yaşadığı evdə istilik sisteminin olmadığını bildirənlər respondentlərin 6,3%-ni təşkil edib.
Sorğuda iştirak edənlər ay ərzində istilik sistemindən istifadəyə görə ödədikləri məbləği açıqlayıblar. Cavablar aşağıdakı kimi olub:
10 AZN-ə qədər – 16,5%;
11-30 AZN – 19,3%;
31-50 AZN – 22,4%;
50 AZN-dən çox – 41,8%.
