Yay mövsümünü nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) vətəndaşların çimərliklərlə bağlı fikirlərini öyrənmək üçün sorğu keçirib. Sorğuda iştirak edən 1346 respondentin 54%-ni qadınlar, 46%-ni kişilər təşkil edib.
Respondentlərin 44%-i ödənişsiz, 37%-i ödənişli çimərliklərə üstünlük verdiyini bildirib. Çimərliyə getmədiyini deyənlər sorğu iştirakçılarının 19%-ni təşkil edib.
Çimərliklərin təmizliyi ilə bağlı verilən sualı cavablandırarkən bir neçə variant seçmək imkanına malik olan respondentlərin 39,1%-i Bilgəh çimərliyinin, 26,2%-i Mərdəkan-Şüvəlan çimərliyinin daha təmiz olduğunu düşünürlər. Cavab verənlərin 25,4%-i isə digər variantlarda təqim olunan çimərlikləri daha təmiz hesab ediblər.