MÜTALİƏYƏ NƏ QƏDƏR VAXT AYIRIRIQ? (İNFOQRAFİKA)

Kitab oxumaq mütaliə ilə məşğul olmaq dünyagörüşümüzü artırmaqla yanaşı, yüksək intellektə malik olmağımız bədii-estetik zövqümüzün formalaşmasında müstəsna əhəmiyyətə malikdir. İnsanların kitablara mütaliəyə olan marağını müəyyənləşdirmək məqsədilə MTM (Media Təhlil Mərkəzi) tərəfindən 03-08 avqust tarixlərində sorğu keçirilib.

Sorğuda iştirak edən 840 respondentin 55%-ni qadınlar, 45%-ni kişilər təşkil edib.

“Kitab oxumağa vaxt ayırırsınız?” sualını cavablandıran respondentlərin 40%-i mütaliəyə kifayət qədər, 38%-i az vaxt ayırdığını bildirsə də, 10%-i kitab oxumağı sevmədiyini qeyd edib. Cavab verənlərin 11%-i vaxt çatışmazlığına görə mütaliə etmədiyini vurğulayıb.  

Bir neçə variant seçmək imkanına malik olan respondentlər “Ən çox hansı kitabları oxuyursunuz?” sualına aşağıdakı kimi cavab verib:

Şeir – 17%;

Sevgi hekayələri – 25%;

Tarixi romanlar – 30%;

Peşəkar ədəbiyyat – 23%;

Elmi ədəbiyyat – 31%;

Detektiv romanlar – 43%;

Fantastik əsərlər – 24%;

Digər – 31%;  

Kitab oxumuram – 10%

“Son 10 ay ərzində neçə kitab oxumusunuz?” sualını cavablandıranların 53%-i “1-3”, 19%-i “4-6”, 5%-i “7-9”, 8%-i “9-dan çox” variantını seçib. Sorğu iştirakçılarının 16%-i ümumiyyətlə kitab oxumadığını bildirib.

Sorğuda iştirak edənlərin 51%-i kitab oxumaq üçün mobil tətbiqdən istifadə etsə də, 49%-i istifadə etmir.

Respondentlərin 14%-i səsli kitab dinləməyə üstünlük verdiyini, 75%-i  dinləmədiyini, 10%-i isə kitabı ənənəvi üsulla oxumağın tərəfdarı olduğunu qeyd edib.