MTM (Media Təhlil Mərkəzi) may ayında vətəndaşların internet provayderlər ilə bağlı fikirlərini öyrənib. Sorğuda iştirak edən 1430 respondentin 57%-ni kişilər, 43%-ni qadınlar təşkil edib.
“Evdə hansı növ internetdən istifadə edirsiniz?” sualını cavablandıranların 48%-i internetlə bərabər TV paketi təqdim edən provayderlərin müştərisi olduğunu bildirib. DSL (telefon xətti üzərindən çəkilən WiFi) istifadəçiləri sorğu iştirakçılarının 44%-ni, evdə mobil internet işlədənlər isə 8%-ni təşkil edib.
Göstəricilər 2021-ci ilin aprel ayında keçirilən sorğunun nəticələri ilə müqayisə edilib. Məlum olub ki, DSL istifadəçilərinin sayı 15% azaldığı halda, internetlə birgə TV paketi təqdim edən provayderlərlərin xidmətlərinə müraciət edənlərin sayı 20% artıb. Evdə mobil internet işlədənlərin sayında isə 5% azalma müşahidə olunub.