İLK ŞƏXSİ AVTOMOBİL NECƏ OLMALIDIR?

MTM (Media Təhlil Mərkəzi) vətəndaşların ilk avtomobilləri ilə bağlı 20-25 noyabr tarixləri arasında sorğu keçirib. Sorğuda iştirak edən 565 respondentin 36%-ni qadınlar, 64%-ni kişilər təşkil edib.

Respondentlərin 37%-nin fikrincə ilk şəxsi avtomobil yeni olmalıdır. Cavab verənlərin 34%-i “Az yürüşlü işlənmiş avtomobil”, 10%-i “Çox yürüşlü işlənmiş avtomobil” variantını seçib. Sorğu iştirakçılarının 19%-i üçün bunun fərqi yoxdur.

Növbəti suala verilən cavablar əsasında məlum olub ki, iştirakçıların 48%-i sürücülük təcrübəsi qazanmaq üçün avtomatik, 39%-i isə mexaniki sürət qutusu ilə təchiz edilmiş avtomobilləri daha uyğun hesab edir. Respondentlərin 13%-i bu suala “Fərqi yoxdur” cavabını verib.

Sorğu iştirakçılarının 68%-i kiçik həcmli avtomobillərə üstünlük versə də, 26%-i iri həcmli, 1%-i isə yük avtomobil modelinə maraq göstərir. Cavab verənlərin 5%-i digər avtomobil növlərini daha uyğun sayır.