Mərkəzi Bank tərəfindən pandemiyanın təsir göstərdiyi sektorlarda çalışanların kredit borclarına oktyabrın 1-dək güzəştlərin tətbiq edilməsini nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 10-15 sentyabr tarixlərində kredit ödənişləri ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edən 641 respondentin 39%-ni qadınlar, 61%-ni kişilər təşkil edib.
Bir neçə variant seçmək imkanına malik olan respondentlərdən hansı kredit növlərindən istifadə etdikləri soruşulub. Nəticələr aşağıdakı kimi olub:
Dövlət krediti – 7%;
Kommersiya krediti – 3%;
İstehlak krediti – 26%;
İpoteka krediti – 7%;
Kommunal krediti – 3%;
Kənd təsərüfatı krediti – 2%;
Nağd pul krediti – 30%;
Avtomobil krediti – 3%;
Heç biri – 36%.
Sorğu nəticəsində məlum olub ki, respondentlərin 59%-i ev almaq üçün dövlət ipotekasına müraciət etməyi məqsədəuyğun hesab edir. Bankların təklif etdikləri daxili kreditdən istifadəni etibarlı sayanlar cavab verənlərin 22%-ni təşkil edib. Tikinti şirkətlərinin təklif etdikləri daxili kreditə üstünlük verənlər isə sorğu iştirakçılarının 19%-ni əhatə edib.