BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ HƏDİYYƏ SEÇİMİNDƏ DAHA ÇOX NƏYƏ ÜSTÜNLÜK VERİLİR? – SORĞU

MTM (Media Təhlil Mərkəzi) 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı vətəndaşların fikirlərini öyrənib. Sorğuda iştirak edən 1650 respondentin 83%-ni qadınlar, 17%-ni kişilər təşkil edib.

Respondentlərə ünvanlanan suallardan birində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hansı hədiyyələri təqdim etməyə üstünlük verdikləri soruşulub. Bir neçə variant seçmək imkanına malik iştirakçıların cavabları aşağıdakı kimi olub:

Çiçək – 62%;

Ətir – 52%;

Zinət əşyaları – 29;

Pul – 24%;

Suvenirlər – 20%;

Kosmetik vasitələr – 17%;

Mobil telefon və aksesuarlar – 12%;

Hədiyyəlik kartlar – 10%;

Digər – 18%.