ASANLIQLA İŞ TAPA BİLƏCƏYİNİ DÜŞÜNƏNLƏRİN SAYI ARTIB

MTM (Media Təhlil Mərkəzi) cari ilin yanvar ayında işə qəbul prosesi ilə bağlı növbəti dəfə vətəndaşların fikirlərini öyrənib. Sorğuda iştirak edən 1374 respondentin 52%-ni qadınlar, 48%-ni kişilər təşkil edib. İştirakçıların 37%-i Bakı sakinlərindən, 63%-i isə bölgələrdə yaşayan vətəndaşlardan ibarət olub. Cavablar ötən ilin yanvar ayında keçirilən sorğunun nəticələri ilə müqayisə edilib.

Nəticələrin müqayisəsi zamanı məlum olub ki, işini itirəcəyi halda asanlıqla yeni iş tapa biləcəyini düşünənlərin sayı 8,9% artıb. Yeni iş tapmağın mümkün olmadığını bildirənlər 12,1% azalıb, ixtisası üzrə çalışanların sayında isə 5% artım qeydə alınıb.