
İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi, Zati-alinizə cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzularımı qəbul etməyinizi xahiş edirəm.
Mən, həmçinin Azərbaycan xalqına davamlı firavanlıq və rifah arzulayıram.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı ifadə edirəm”.
xxx
10:00
Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyinin sədri Səttar Kaya Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi, xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasındakı inkişaf proseslərini, ölkənin nailiyyətlərini diqqətlə izləyirik. Azərbaycanın yüksəlişi, bütün sahələrdə əldə etdiyi uğurlar bizim üçün qürur mənbəyidir.
Sizin qətiyyətli liderliyinizlə 44 günlük Vətən müharibəsində qazanılan və bu il beşinci ildönümü qeyd edilən Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının bayramıdır. Sizin regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyiniz səylər təqdirəlayiqdir.
Fürsətdən istifadə edərək Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.
xxx
09:48
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sankt-Peterburq Hökuməti və şəhərin sakinləri adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.
Siz parlaq siyasi xadim kimi atanızın – Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin böyük işini ləyaqətlə və inamla davam etdirirsiniz.
Sizin rəhbərliyinizlə Azərbaycan dövlət quruculuğu, iqtisadi rifah və beynəlxalq nüfuz sahələrində mühüm nailiyyətlər qazanıb, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib, Cənubi Qafqazda və Avrasiyada əsas güc mərkəzlərindən birinə çevrilib.
Sankt-Peterburq və Bakını uzun illərdir səmərəli əməkdaşlıq, ümumi tarixə, mədəniyyətə və insan talelərinə söykənən əsl qardaşlıq telləri bağlayır.
Biz Neva sahilində yerləşən şəhərdə böyük və fəal Azərbaycan diasporunun yaşaması, təhsil alması və işləməsi ilə qürur duyuruq. Muzeylərimiz, teatrlarımız, universitetlərimiz və müəssisələrimiz çoxsaylı birgə layihələrlə bir-birinə bağlıdır.
Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram.
Qoy Sankt-Peterburq ilə Azərbaycan arasında dostluq əlaqələri hər il daha da möhkəmlənsin və dərinləşsin!”
