
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri, keçirdiyi görüşlər və səfərin yekunları ilə bağlı mətbuat konfransında söylədiyi fikirlər Moldova KİV-in diqqət mərkəzində olub.
“Point”, “Noi” və digər xəbər portallarında dərc olunan məqalələrdə dövlətimizin başçısının Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Kansleri Olaf Şolts ilə görüşləri işıqlandırılıb. Məqalələrdə, həmçinin Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsinin nəticələri və sülh şansını qaçırmamaqla bağlı Ermənistan rəhbərliyinə verdiyi mesajlar əksini tapıb.


