MOLDOVA KİV-LƏRİ AZƏRBAYCAN PREZİDENTİNİN MƏTBUAT KONFRANSINI GENİŞ İŞIQLANDIRIB

Moldovanın nüfuzlu xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söylədiyi fikirləri geniş işıqlandırıb.
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər “point.md”, “tribuna.md”, “ava.md” və “noi.md” saytları tərəfindən dərc edilib.
Məqalələrdə Azərbaycan Prezidentinin işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, orada infrastrukturun yaradılması, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı fikirlərindən sitatlar yer alıb.