İNDONEZİYANIN YENİ PAYTAXTININ ADI AÇIQLANIB

İndoneziyanın Kalimantan adasının cənub-şərqində salınacaq yeni paytaxtının adı Nusantara olacaq.

Bunu ölkənin milli inkişaf planlaşdırması naziri Suharso Monoarfa hökumətin iclasında deyib.

Nusantara İndoneziya dilində “arxipelaq” mənasını verir.

Qeyd edək ki, İndoneziyanın paytaxtının Cakartadan köçürülməsi barədə qərar 2019-cu ildə prezident Coko Vidodo tərəfindən verilmişdi.

Yeni paytaxtın salınması üçün 32 milyard dollara yaxı vəsait ayrılıb. Lakin koronavirus pandemiyası ilə əlaqədar işlər təxirə salınmışdı.

Layihənin icrasının iki ildən sonra bərpa olunması planlaşdırılır.