ELMİ EKSPEDİSİYALARIN TƏŞKİLİ VƏ APARILMASI QAYDALARINDA DƏYİŞİKLİK EDİLİB

Elmi ekspedisiyaların təşkili və aparılması qaydalarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, elmi ekspedisiyaların təşkili və aparılması Qaydalarında bir sıra normalar dəyişdirilib, o cümlədən ekspedisiyaların xüsusiyyətləri nəzərə alınaraq, arxeoloji ekspedisiyaların fəaliyyət müddəti artırılaraq ən çox 60 gün, bu ekspedisiyalara mülki-hüquqi müqavilə əsasında cəlb edilən şəxslərin sayı artırılaraq 10 nəfərdən çox olmamaqla müəyyən edilib. Eyni zamanda, bəzi kateqoriya üzrə işçilərin əməyinin ödənilməsi, nəqliyyat vasitələrinin, bina və mənzillərin icarə haqqının, nəqliyyat vasitəsi üçün yanacaq və sürtük materialları xərclərinin normaları artırılıb.