BAĞÇALARDA MUSİQİ RƏHBƏRİ VƏZİFƏSİNƏ İŞƏ QƏBUL ÜZRƏ MÜSABİQƏNİN MÜSAHİBƏ MƏRHƏLƏSİ KEÇİRİLİR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

İdarədən bildirilib ki, müsahibə mərhələsində namizədlərə 15-20 dəqiqə ərzində ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar verilir. Bundan əlavə, müsahibə zamanı namizədin musiqi alətində ifa bacarığı yoxlanılır.

Müsahibədən uğurla keçən namizədlər toplanılan bal ardıcıllığına uyğun olaraq müvafiq vakant yerlərə yerləşdiriləcəklər.