Azərbaycanın idman gimnastikası üzrə kişilərdən ibarət yığması Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Millimizin üzvləri “Velvet Road” adlı yarışda komanda hesabında bürünc medal qazanaraq, 3-cü yerin sahibi olublar.
Yığmanın heyətində Nikita Simonov, Mənsum Səfərov, Rəsul Əhmədzadə və İvan Tixonov yer alıblar.
Qeyd edək ki, turnirə noyabrın 16-da yekun vurulacaq.