AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN DİNİ LİDERLƏRİ QARABAĞA SƏFƏR EDİB

Azərbaycan və Türkiyənin dini liderləri Qarabağa səfər ediblər.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Məlumata görə, QMİ sədri Allahşükür Paşazadə və Türkiyənin Diyanət İşləri rəhbəri Ali Erbaş öncə Füzuli Hava Limanına baş çəkiblər.

Aeroportun möhtəşəm infrastrukturu ilə tanış olan ziyarətçilər xeyir-dua veriblər.

Daha sonra nümayəndə heyəti Şuşaya səfər edəcək.