AZƏRBAYCAN ƏHALİSİNİN SAYI AÇIQLANIB

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 8 098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10 164 464 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləri, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub.

Əhalinin bir kvadratkilometrə düşən sayı 117 nəfər təşkil edib.