
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü, paralimpiya çempionu Lamiyə Vəliyeva İtaliyanın Cesolo şəhərində keçirilən Qran-Pridə 400 metrə məsafəyə qaçışda 56.75 s. nəticə göstərərək birinci yerə çıxıb.
L.Vəliyeva bu nəticə ilə cari ilin iyul ayında Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.