BAKIDA BUDO DÖYÜŞ NÖVLƏRİ ÜZRƏ BEYNƏLXALQ TURNİRƏ 300-DƏK İDMANÇI QATILACAQ

Mayın 25-29-da Bakıda budo döyüş növləri üzrə beynəlxalq turnir keçiriləcək.

Turnirdə Azərbaycan ilə yanaşı, Pakistan, İraq, Tacikistan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 300-dək idmançı medallar uğrunda mübarizə aparacaq.

Yeniyetmə, gənc və böyüklər arasında təşkil olunacaq turnir “fri kontakt”, “full kontakt” və “submission” qaydaları üzrə baş tutacaq.